AZXEBER.COM xəbər verir ki, bu fikir NATO Hərbi Kollecinin tədqiqatçısı Endryu Monahanın son hesabatında yer alır.
Monahan hesab edir ki, Moskvanın dəniz sahəsində gücünü artırması onun siyasətində əsas istiqamətlərdən biridir və bu, alyansı yalnız Atlantikada və Avropada quru əməliyyatları ilə məhdudlaşan yanaşmadan kənara çıxmağa məcbur edir. Hesabatda qeyd edilir ki, Rusiyanın bu dəniz potensialı nəinki ənənəvi məkanlarda, həm də dünya miqyasında NATO üçün yeni təhlükə elementləri yaradır.
/APA










































