Xalq artisti Röya Ayxan 2025-ci ildə YouTube-un Azərbaycanda ən çox dinlənilən ifaçısı seçilib.
AZXEBER.COM xəbər verir ki, sənətçi il ərzində 162 milyon dinlənmə ilə "YouTube Charts"ın ölkə üzrə lideri olub.
Dinlənmələrin 91,9 milyonu Bakıda qeydə alınıb. Estrada ulduzun platformada ən çox izlənən işi isə məşhur "Elə bilmə” mahnısıdır.
Qeyd edək ki, 2025-ci ildə Röya Ayxan yaradıcılığının 25 illiyini qeyd edib və ölkənin aparıcı konsert məkanları, Heydər Əliyev Sarayı və Bakı Konqres Mərkəzində dörd gün ardıcıl anşlaqla çıxış edib.
Aysel












































