Röya: "Modellərin üzündə bir incəlik var, mənə isə əclaf lazım idi".
ŞOU-BİZNES
01:17 20.10.2011
2271
Bahalı kliplər çəkdirməyə adət etdiyini deyən Röyanın bu dəfəki klipinin dəyəri 50 min avrodur. Müğənni "10-lar" verilişində təkcə işıq və kamera xərclərinin 30 min avro tutduğunu deyib. Klip sözləri Azad İsayevə, musiqisi Nailə Mirməmədliyə aid "Bir az da sən ağla mənim yerimə" mahnısına çəkilir.Rəna Qulamovanın rejissorluq etdiyi klipi gürcülərdən ibarət yaradıcı heyət çəkir. Gürcüstan şirkətindən olan çəkiliş qrupu indiyədək klip çəkməyib, cizgi fimləri ekranlaşdırırb. Bütün kadrlar ayrı-ayrı kameralar tərəfindən çəkilir. Geyimlər də xüsusi olaraq klip üçün tikilib.