"Ulduz həyatı o demək deyil ki, gecələr avara-avara küçələrdə gəzəsən”.
AZXEBER.COM-un məlumatına görə, bu sözləri əməkdar artist Vasif Məhərrəmli ARB TV-nin "Düz Bazar” verilişinin növbəti buraxılışında deyib. O, müğənnilərin həyatından bəhs edib:
"Ulduz həyatında bəzi axsaqlıqlar var, amma Röya ulduz həyatı yaşayır. O, mənim gözümdə ulduzdur. Aygün Kazımova, Brilliant Dadaşova, Faiq Ağayev ulduzdur. Ulduz həyatı o demək deyil ki, gecələr avara-avara küçələrdə gəzəsən. Ulduz həyatı yaşamaq elə ulduz olmaqdan xəbər verir”.