"Nəhəng diva mən özüməm!". Bu sözləri müğənni Röya ATV Maqazin proqramında açıqlamasında deyib. Müğənni bu fikrini böyük ürəyə malik olması ilə əsaslandırıb: "Mənə həm diva, həm əjdaha, həm də fil adı yaraşır. İstəyir 50 il səhnədə olsun, istəyir hansı tonallıqda səsi olsun, bu titullar hər ifaçıya yaraşmır".Bunları söyləyərkən heç kimi nəzərdə tutmadığını deyən Röya söylədiklərinin qalmaqal yaratmayacağını düşünür: "Belə də ki, etirazı olan varsa, mənim telefonuma zəng vursun. Onlara hər şeyi izah edərəm".Müğənni hətta gələcəkdə özü üçün yeni titul da düşündüyünü söyləyib: "Bütün bu titullardan başqa gələcəkdə özümə "Mogikan" titulunu yaraşdırıram. Əminəm ki, 30-40 ildən sonra məni şou-biznesimizin mogikanı adlandıracaqlar!"Röya hələ özünə digər təriflər də səsləndirib: "Azərbaycanın Ajda Pekkanı da mənəm. Hətta rəhmətlik Anar Məmmədxanov məni Azərbaycanın Ququşu adlandırırdı".Xatırladaq ki, yanvarın 6-da ANS TV-nin "Günəbaxan" proqramının qonağı olan xalq artisti Aygün Kazımovaya prodüser Tolik studiyaya üstündə "DİVA" sözləri yazılmış böyük gül çələngi göndərib, sonra da efirə telefonla canlı bağlanaraq "Azərbaycan səhnəsinin ilk və son divası Aygün Kazımovadır!" deyib.Azərbaycan şou-biznesinin “Əjdaha”sı titulunu isə bildiyimiz kimi Nadir Qafarzadə özü üçün götürüb.Bir sözlə, Röyanın atmacalarının ünvanını sizə bəlli etdik.