Röyanın oxşarı kimi tanınan Pərvanə Röyalı RTV-də “Gün başladı” verilişinin qonağı olub.
AZXEBER.COM-un RTV-yə istinadən verdiyi xəbərə görə, veriliş maraqlı hadisələrlə yadda qalıb. Aparıcıların suallarını cavablandıran Pərvanə Röyalı yerli şou-biznesdəki fəaliyyəti ilə bağlı maraqlı açıqlamalar edib. O, bəzi həmkarlarından fərqli olaraq, ictimai nəqliyyatdan istifadə etdiyini deyib.
Pərvanə Röyalı canlı efirdə verilişin aparıcısı Rahim Qafarlıya elçi düşüb: “Lap istəsən anamı sizə elçi göndərim. Bu təzə versiyadı, indi qızlar oğlanlara elçi göndərir”.