Saakaşvili yenidən həbs edildi

Saakaşvili yenidən həbs edildi
DÜNYA
23:49 02.08.2024
362
Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili yenidən həbs edilib. 

AZXEBER.COM Musavat.com-a istinadən xəbər verir ki, Tbilisi Şəhər Məhkəməsi Saakaşvili artıq digər işlərlə bağlı həbsdə olmasına baxmayaraq, sərhədi qanunsuz keçmə işi üzrə onun barəsində həbs qətimkan tədbiri seçib.

Məhkəmə qeyd edib ki, Saakaşviliyə hökm verilərkən işə əvvəldən baxılacağı nəzərə alınıb. Hakim Mixail Djindjiliya şahidlərə təzyiq göstərilməsi və ya sübutların məhv edilməsi, habelə yeni cinayətlərin törədilməsi ehtimalının olduğunu vurğulayıb.
OXŞAR XƏBƏRLƏR