Saatlı rayonunda narkotik vasitələrin qanunsuz dövriyəsi ilə məşğul olmaqda şübhəli bilinən şəxslər saxlanılıb.
Onlardan iki nəfəri barədə narkotik satışı, bir nəfəri barədə isə istifadəci kimi həbs qəti imkan tədbiri seçilib.Rayon Polis Şöbəsinin istintaq bölməsinin rəisi Əvəzağa Məmmədovun AZXEBER.COM-a verdiyi məlumata görə, Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri zamanı narkotik alverçiləri saxlanılıb.Onların üzərinə baxış keçirilən zaman kibrit qutusunda qurudulmuş marixuana aşkarlanıb. Saxlanılan ilk şəxsin istifadəçi olduğu bilinib. Araşdırma zamanı müəyyən olub ki, Saatlı rayon sakini olan Sənan Aslanov narkotik vasitəni həmyerlisi Vüqar Mehdiyevdən alıb.Əməliyyat axtarışlarını davamı zamanı adı çəkilən Vüqar Mehdiyev, eləcə də Müşfiq Abdullayev də şübhəli şəxs qismində saxlanılıb.Saxlanılan hər üç şəxs cinayət məsuliyyətinə cəlb olunub. Onlardan ikisi narkotik vasitələrin dövriyəsi, biri isə istifadəçisi qismində tutulub.Hazırda faktla bağlı araşdırma davam etdirilir.