Sabah da Bakıya yağış yağacaq

MARAQLI
19:49 24.04.2011
1896
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən bazar günü Trend-ə bildiriblər ki, aprelin 25-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək.

Lakin 24-dən 25-nə keçən gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var.

Abşeron yarımadasında temperatur gecə 6-8° isti, gündüz 10-15° isti olacaq. Bakıda gecə 6-8° isti, gündüz 12-14° isti təşkil edəcək.

OXŞAR XƏBƏRLƏR