"Sabah” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Paytaxt təmsilçisinin Mətbuat Xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, ukraynalı vinger Aleksey Kaşukla mövsümün sonuna kimi müqavilə imzalanıb.
Donetsk "Şaxtyor”unun yetirməsi olan 21 yaşlı oyunçu karyerası ərzində bu klubun əvəzedici komandası və "Mariupol”un (2019-2022) formasını geyinib.
Aleksey Kaşuk həmçinin Ukraynanın U-21 millisinin üzvüdür.