Sabir Rüstəmxanlının növbəti ‘ikili çıxışı’

SİYASƏT
14:13 14.11.2013
1644

Bu gün Milli Məclisdə 2014-cü il üçün dövlət büdcə layihəsinin müzakirələrində çıxışı zamanı miləlt vəkili Sabir Rüstəmxanlı ilə spiker Oqtay Əsədov arasında mübahisə yaranıb.

AZXEBER.COM publika.az-a istinadən verdiyi xəbərə əsasən, iclasda çıxış edən Sabir Rüstəmxanlı görülən işlərdən və mövcud problemlərdən danışıb:

“Mən 300 milyon dollarlıq büdcənin də müzakirəsində iştirak etmişəm, ondan 70 dəfə artıq olan 20 milyard dollarlıq büdcənin də. Azərbaycanda büdcə yaxşı hazırlansa da, görülən işlərdə qüsurlar var.

Məsələn, bizdə orta sahibkarlıq inkişaf etdirilmir. İndi sahibkar yox, sahib olanlar var.

Bundan başqa Prezidentin ətrafında da olanlardan bəziləri şəxsi mənafeləri üçün çalışır. Bazar iqtisadiyyatına keçiddə bilərəkdən problemlər yaradılır. Pul qazanmaq üçün xaricə üz tutanların sayı gündən günə çoxalır.

Kiçik bir müəssisə yaratmaq istəyənlərdən gərəksiz sənədlər istəyirlər. ASAN xidməti yaradılıb, əla da işləyir. Amma bütün idarə və təşkilatlar, bütün qurumlar belə işləyə bilməzmi?”

S.Rüstəmxanlının çıxışına münasibət bildirən spiker Oqtay Əsəsdov deyib:

“Sabir müəllim, siz əvvəl tərifləyirsiniz, sonra da başlayırsınızz problemlərdən danışmağa. Çıxışınızda uyğunsuzluq var”.

OXŞAR XƏBƏRLƏR