Sabirabadda 3 otaqlı ev yanıb

Sabirabadda 3 otaqlı ev yanıb
HADİSƏ
20:02 25.04.2021
382
Sabirabad rayonunda 3 otaqlı ev yanıb.

Fövqəladə Hallar Nazirliyindən AZXEBER.COM-a verilən məlumata görə, rayonun Minbaşı kəndində ümumi sahəsi 112 m² olan kürsülü birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
OXŞAR XƏBƏRLƏR