Sabirabadda klinikadakı yanğın söndürüldü - VİDEO

Sabirabadda klinikadakı yanğın söndürüldü - VİDEO
HADİSƏ
18:45 15.06.2025
395
Sabirabadda klinikada baş verən yanğın söndürülüb.

Fövqəladə Hallar Nazirliyinin "112” qaynar telefon xəttinə Sabirabad rayonunda klinikada yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində birmərtəbəli klinikanın dam örtüyündə baş vermiş yanğın havanın küləkli olmasına baxmayaraq genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

OXŞAR XƏBƏRLƏR