Saçda tez yağlanmanın qarşısını bu üsulla almaq olar

MARAQLI
13:48 20.06.2024
231
Saçda həddindən artıq yağlanma saç quruluşumuza və saç köklərimizə zərər verə bilər. 

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, saçların yağlanmasını dayandırmaq və saçın təbii sağlam quruluşunu bərpa etmək üçün bəzi təbii üsullardan kömək almaq olar.

Saçlarımızdakı yağlılıq saç köklərinin və saç tellərinin zəifləməsinə səbəb olur. Bir çox səbəbə görə yarana bilən yağlılıq problemi ümumiyyətlə baş dərisində pH balansının pozulması nəticəsində meydana gəlir.

Yanlış saç baxım məhsullarından istifadə kimi xarici amillərin də yağlı saçların yaranmasına səbəb olduğu bilinir.
Yağlı saçlar baş dərisinin və saç köklərinin sağlamlığına zərər verir və ictimai həyatda özümüzə inamımızın azalmasına səbəb olur. 

Artıq yağlı saçlardan asanlıqla xilas olmaq mümkündür:

Zəfəran yağı saç köklərindəki məsamələri açmağa kömək edir, baş dərisində yığılmış artıq yağı çıxarır və baş dərisinin pH balansını bərpa edir. 

Zəfəran yağını saç dərisinə masaj edərək sürtmək də saç tökülməsi problemini aradan qaldırmağa kömək edir. Bir neçə damcı zəfəran yağını saç köklərinə və baş dərinizə masaj edərək çəkə bilərsiniz. Müntəzəm istifadə ilə zəfəran yağı saçdan artıq yağı çıxaracaq.

Oksana

OXŞAR XƏBƏRLƏR