‘Sadəcə yaxınlar və dostlar bizi qarşıladı’ - Fərid Məmmədov

‘Sadəcə yaxınlar və dostlar bizi qarşıladı’ -  Fərid Məmmədov
MAQAZİN
14:40 22.05.2013
2425

AZXEBER.COM “Eurovision 2013” mahnı müsabiqəsində Azərbaycana ikincilik qazandıran Fərid Məmmədovun ANS PRESS-ə müsahibəsini təqdim edir: - İlk öncə "Eurovision-2013" mahnı müsabiqəsindən Bakıya dönərkən soyuq qarşılanmanıza aydınlıq gətirərdiniz? Yəni deyilənlərə görə sizi heç kim qarşılamayıb, siz taksi il qayıtmısınız. - İlk öncə deyim ki, 2 ayın ağır zəhmətindən sonra öz uğurumuza imza atdıq. Gecə-gündüz ağır məşqlərimiz gedirdi. Biz yüksək nəticəyə inanırdıq. Şükür Allaha pərt olmadıq. O ki qaldı qarşılanmağa, mən hər bir şeydən razıyam. Çünki biz Bakıya gələndə artıq səhər 5 olardı. Özüm heç kimə deməmişdim ki, səhər-səhər insanları narahat etməyək. Sadəcə özümüz, kollektivimiz ağır iş qrafikindən sonra o qədər yorğun idi ki, istəyirdik az adam olsun. Yorğun halda aeroportdan düşəndən sonra az adamla danışaq. Ona görə də, sadəcə yaxınlar və dostlar bizi qarşıladı. - Ümumiyyətlə siz deməsəniz də, yəqin gəlmə vaxtınızı bilənlər vardı. Sizi lazımınca qarşılaya bilərdilər. - Biz özümüz təntənəli qarşılanmağın əleyhinə idik. Rəhbərlik də bu istəyimizi nəzərə aldı. Yenə də təşəkkür edirəm ki, istəyimizi yerinə yetiridlər. - Fərid bəy, səhnədə olarkən Azərbaycanın dəstəyini necə hiss etdin? Ümumiyyətlə, özünü səhnədə necə hiss edirdin? - Özümü səhnədə çox yaxşı hiss ediridim. Çox rahat idim. 2 ay idi dayanmadan məşq edirdik. Uğurumuza inanırdıq. Bizə dəstək də güclü idi. Buna görə hər kəsə minnətdaram. - Ümumiyyətlə buna qədər peşəkar musiqi ilə məşğul olurdunmu? - Mən uşaqlıqdan ifa edirəm. Məni Aybəniz Haşımovanın "Bülbüllər" ansamblından tanıyırlar. Orada bizim çox nominasiyalarımız, diplomlarımız var. Mən özüm də çox nominasiyalarda iştirak etmişəm. - "Eurovision 2013" mahnı müsabiqəsində I yeri tutan Danimarkanın yarışda plagiat mahnı ifa etdiyi bildirilir. Əgər bu sübut olunarsa, avtomatik olaraq Azərbaycan I yerə yüksələcək. Buna münasibətiniz? - Düşünürəm ki, bu mümkünsüz bir şeydir. Onlar artıq heç bir şeyi qaytaran deyillər. Hər il yarışlarda hansısa söhbətlər olur. Biz onsuzda qalibik. Çünki pis nəticə deyil. Danimarkanın özündən ən yüksək səs gəldi bizə. Gözləmədiyimiz ölkələrdən, Avstriyadan, Fransadan bizə səs gəldi. Buna artıq şükr etmək lazımdır. - Bundan sonra musiqi fəaliyyətini necə davam etdirəcəksən? - Konsertlər olacaq. Yeni mahnılar olacaq. Planlaşdırırıq ki, Bakıda avqust ayında möhtəşəm konsert verək. Fikrimiz var ki, konsertdə orketsrlə ifa edəcəyəm. Daha sonra kliplər, albomlar və s. olacaq. - Bundan sonra həyatında hansı dəyişikliklər olub? - Çox adam zəng vurur. Çox adam məndən yazır. Tanımadıqlarım artır. Əslində bu normaldır. Təbii ki, hansısa uğurdan sonra adam daha çox tanınır. Dostluq etmək istəyənlər çoxalır. Lakin mən köhnə dostları unutmuram. Tanışlar tanışlıqda qalır. Məndə elə bir şey dəyişməyib ki, gözəçarpan olsun. Həmişə Allaha şükür etmişəm və indi də Rəbbimə minnətdaram. Gələcəkdə də nələr olacaqsa, Allahın izni ilə olsun. - Şəxsi həyatında hansı yeniliklər olub? Sevgini nəzərdə tuturam. - Düzü xoşlamıram şəxsi həyatımdan danışmağı. Sadəcə mənə sevgisini ifadə edənlər çoxalıb. Çoxları tanıdığına görə mənə bir az da yaxın olmaq istəyir. Yazırlar. Yenə də deyirəm ki, bu normaldır. - Yəqin ki, xəbərin var, yarış bitəndən sonra Rusiya ilə Azərbaycan arasında səs qalmaqalı yaranmışdı. Bu məsələ səni təəccübləndirdimi? - Təbii ki, təəccübləndirdi. Çünki inanmıram ki, Azərbaycandan ora səs getməyib. Lakin bu məsələyə qarışmaq istəmirəm. Mənim fikirim tam ifamda idi. Fikirim yalnız Azərbaycanı yüksək səviyyədə təmsil etmək idi. Şükür Allaha buna nail ola bildim. - “Eurovision-2013” mahnı müsabiqəsində ifan o qədər gözəl idi ki, Azərbaycan təmsilçisi Fərid Məmmədova ermənilər də səs verib. Melina Arzumanyan adlı Twitter istifadəçisi öz bloqunda belə yazıb: "Ermənilər məni bağışlasınlar. Amma mən öz səsimi Azərbaycana verdim! Gözəl mahnıdır! Gözəl ifaçıdır!". İstərdim bu məsələyə münasibətinizi bildirəsiz. - Sevinirəm ki, düşmənlərimiz də bizə səs verdi. Deməli Azərbaycanın gücü o qədərdir ki, düşmənini hətta musiqi ilə ram edə bilir. Azərbaycan buna malik bir ölkədir. Çox sevinirəm.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Qarabağ Universiteti 7-ci Türkoloji Yay Məktəbinə ev sahibliyi edir - FOTOLAR
15:21 12.08.2025
Qarabağ Universiteti 7-ci Türkoloji Yay Məktəbinə ev sahibliyi edir - FOTOLAR
"Muğam" müsabiqəsinin finalı Laçında keçiriləcək
15:16 12.08.2025
"Muğam" müsabiqəsinin finalı Laçında keçiriləcək
Azərbaycanda problemli kreditlərin yarıdan çoxu Beynəlxalq Bankın payına düşür
15:11 12.08.2025
Azərbaycanda problemli kreditlərin yarıdan çoxu Beynəlxalq Bankın payına düşür
İki mindən artıq müəllim sertifikasiya imtahanında keçid balını toplamadı
15:04 12.08.2025
İki mindən artıq müəllim sertifikasiya imtahanında keçid balını toplamadı
İndoneziyada vulkan püskürdü, ardınca da zəlzələ oldu
14:45 12.08.2025
İndoneziyada vulkan püskürdü, ardınca da zəlzələ oldu
Leysan Məmmədov barəsində yayılan xəbərlərdən danışmaq istəmədi
14:38 12.08.2025
Leysan Məmmədov barəsində yayılan xəbərlərdən danışmaq istəmədi
Astroloq: Bu gündən etibarən Merkuri retrosu bitdi
14:34 12.08.2025
Astroloq: Bu gündən etibarən Merkuri retrosu bitdi
Ukrayna Rusiyanın helium müəssisəsini vurdu - Raket və kosmik sənayesi iflic ola bilər
14:21 12.08.2025
Ukrayna Rusiyanın helium müəssisəsini vurdu - Raket və kosmik sənayesi iflic ola bilər
75 minə yaxın müəllim əməkhaqlarını əlavələrlə alacaq
14:14 12.08.2025
75 minə yaxın müəllim əməkhaqlarını əlavələrlə alacaq
Müəllimlərin sertifikasiyasının müsahibə mərhələsinin keçiriləcəyi tarix məlum olub
14:07 12.08.2025
Müəllimlərin sertifikasiyasının müsahibə mərhələsinin keçiriləcəyi tarix məlum olub
Bu ölkədə inək peyinindən yanacaq istehsal ediləcək
14:04 12.08.2025
Bu ölkədə inək peyinindən yanacaq istehsal ediləcək
Tərbiyəçi-müəllimlərin işə qəbuluna start verilir
14:01 12.08.2025
Tərbiyəçi-müəllimlərin işə qəbuluna start verilir
"İnfoschool" bloger məktəbinin iştirakçıları "AnewZ" televiziyasında - FOTOLAR
14:00 12.08.2025
"İnfoschool" bloger məktəbinin iştirakçıları "AnewZ" televiziyasında - FOTOLAR
İlqar Muradov ad gününü səhnədə onunla qeyd edəcək
13:59 12.08.2025
İlqar Muradov ad gününü səhnədə onunla qeyd edəcək
14 yaşlı qız qarın ağrısı ilə həkimə müraciət etdi - Mədəsindən çıxanlar həkimləri şoka saldı
13:46 12.08.2025
14 yaşlı qız qarın ağrısı ilə həkimə müraciət etdi - Mədəsindən çıxanlar həkimləri şoka saldı
Müşahidə Şurasında Muxtar Babayev də olacaq
13:37 12.08.2025
Müşahidə Şurasında Muxtar Babayev də olacaq