Şakiranın məşhur mahnısı plagiat çıxdı

MAQAZİN
11:54 21.08.2014
1649
Dünyaşöhrətli kolumbiyalı müğənni Şakiranın "Loca" mahnısı qismən plagiatdır və müəllif hüquqlarını pozur. Bu qərarı Nyu-York məhkəməsi verib.Məhkəmə hesab edib ki, Şakiranın "Loka" mahnısı "El Kata" təxəllüsü ilə tanınan Dominikan müğənnisinin 2007-ci ildə işıq üzü görmüş mahnısının yenidən işlənmiş variantıdır.Məlum olub ki, həmin müğənni də sözügedən mahnını başqa bir Dominikan müğənnisindən, necə deyərlər, "oğurlayıb". "El Kata" təxəllüslü müğənni Şakiranın "Loca" mahnısının yazılmasında iştirak edib, lakin onun bu mahnını başqasından götürməsi dolayısı ilə ona müəllif hüququ verməyib. Mahnının ingillisdilli və ispandilli versiyaları olsa da, məhkəmə yalnız ispandilli versiyanı plagiat hesab edib.
OXŞAR XƏBƏRLƏR