C. Əsgərovun özü yayılan məlumatı təsdiq edib. Jurnalist bildirib ki, iş yerini dəyişmək qərarına gəlib və odur ki kanaldakı fəaliyyətinə son qoymalı olub: “Öz qərarıma əsasən ANS-dən çıxdım. Lakin jurnalistlik fəaliyyətimi dayandırmamışam. Hazırda Araz 103.3 radiosunda jurnalistlik fəaliyyətimə davam edirəm. Gələn həftədən müəllif verilişlərimlə efirə çıxacam”.
Qeyd edək ki, təxminən bir ay öncə C. Əsgərovun ANS-i tərk etməsi ilə bağlı məlumat yayılmışdı. Lakin o zaman telejurnalist bu məlumatı təkzib etmişdi və iş yerini dəyişmək fikrində olmadığını bildirmişdi.
Xatırladaq ki, C. Əsgərov Azərbaycanın Milli Qəhrəmanı, jurnalist Salatın Əsgərovanın oğludur. C. Əsgərov 10 il – 2002-ci il dekabrın 27-dən ANS-də çalışıb.
//”Qafqazinfo”