Salyanda ailə faciəsi - 2 nəfər öldü, 3 nəfər yaralandı - Foto

SOSİAL
21:30 21.12.2019
2941
Salyanda ağır yol-nəqliyyat hadisəsi baş verib.

AZXEBER.COM-un "Qafqazinfo"ya istinadən verdiyi məlumatına görə, hadisə rayonun Noxudlu kəndində qeydə alınıb.

Belə ki, "Mitsubishi"markalı minik avtomobilinin aşması nəticəsində bir ailənin 5 üzvü  - sürücü  Hacıyev Ələsgər Aqil oğlu, Məmmədov Həsən Abdul oğlu, Məmmədova Zemfira Seyfulla qızı, Məmmədova Təranə Saleh qızı, və Məmmədova Şükriyyə Telman qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

Həkimlərin müdaxiləsinə baxmayaraq, Təranə Məmmədova və Zemfira Məmmədova xəstəxanada ölüblər.

Faktla bağlı araşdırma aparılır.

 

 

 


OXŞAR XƏBƏRLƏR