Salyanda qəbiristanlıq yandı

Salyanda qəbiristanlıq yandı
HADİSƏ
21:17 21.05.2025
594
Salyan rayonunda qəbiristanlıq yanıb.

Hadisə rayonun Ərəbqardaşbəyli kəndində qeydə alınıb.

Belə ki, yaxınlıqda olan kol-kosda yanğın başlayıb. Küləkli hava olduğundan alov kənd qəbiristanlığına keçib.

Hadisə yerinə FHN-nin Salyan Yanğından Mühafizə Hissəsinə məxsus yanğınsöndürən maşınlar və canlı qüvvə cəlb edilib.

Yanğınsöndürənlərin səyi nəticəsində yanğın söndürülüb. Buna baxmayaraq, qəbiristanlıqla birlikdə 5 hektar sahə yanıb.

Faktla bağlı araşdırma aparılır.
 
/Report
OXŞAR XƏBƏRLƏR