Müğənnilər Niyam Salami və Samir Piriyev yayın əvvəlində Bodrumda restoran açdıqları xəbərini vermişdi.
Hətta restoranın dizaynını Niyam özü hazırlamışdı. Müğənnilərimizin iştirakı ilə məkana təmtəraqlı açılış da olmuşdu.
Niyam hələ bu ilin yanvarında Bodruma köçməsi ilə bağlı açıqlama vermiş, artıq orada yaşayacağını demişdi. Salami bildirib ki, orada həm Azərbaycan milli mətbəxini təbliğ edəcək, həm də restoranda çıxış edəcək.
Samir və Niyam ortaq etdikləri işləri ilə bağlı sosial şəbəkədə dəfələrlə paylaşımlar ediblər. İyunda isə Niyam Bakıya qayıdıb. Sənətçi Bodruma köçdüyünü desə də, artıq ora getmir. Niyamın eyni zamanda açılan restoranda dediyi kimi çıxış etməməsi də diqqət çəkib.
Əldə etdiyimiz məlumata görə, Niyamla Samirin ortaqlığı pozulub. İfaçılar arasında mübahisə yaranıb. Hətta onlar hazırda küsülüdürlər.
Onu da qeyd edək ki, müğənnilər İnstaqramda da izləmədən bir-birini siliblər.
///Axşam.az