Samuxda 86 yaşlı qadının yanmış meyiti aşkarlandı

Samuxda 86 yaşlı qadının yanmış meyiti aşkarlandı
HADİSƏ
19:37 29.06.2025
373
Samuxda evdən yaşlı qadının yanmış meyiti aşkarlanıb.

AZXEBER.COM "Unikal"a istinadən xəbər verir ki, hadisə rayonun Burunqovaq kəndində baş verib. Kənd sakini 1939-cu təvəllüdlü Y.Bəkirovanın yanmış meyiti qonşular tərəfindən  aşkar edilib.

Dərhal hadisə yerinə Samux rayon polis şöbəsinin və rayon prokrorluğunun əməkdaşları cəlb edilib. Yaşlı qadının üzərində xəsarətlər olub. Onun  evdə tənha yaşadığı bildirilir. Hadisənin şəxs və ya şəxslər tərəfində törədildiyi araşdırılır.

Faktla bağlı araşdırma davam etdirilir.
OXŞAR XƏBƏRLƏR