Samuxda qadın məktəblini bıçaqlayıb

Samuxda qadın məktəblini bıçaqlayıb
KRİMİNAL
11:28 20.12.2013
1821

Samux rayonunda bıçaqlanma hadisəsi baş verib.

 Samux rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə rayonun Sərkar kəndində qeydə alınıb.

Kənd sakini, 16 yaşlı məktəbli Tofiq Məmmədovla qonşusu, 34 yaşlı Nurlana İsmayılova arasında baş verən mübahisə T.Məmmədovun bıçaqlanması ilə nəticələnib. N. İsmayılova məktəbliyə bıçaq xəsarəti yetirib. T. Məmmədov dərhal Samux Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı Samux Rayon Polis Şöbəsində araşdırma aparılır.(apa)

OXŞAR XƏBƏRLƏR