Samuxda qəza - Vəzifəli şəxs öldü

SOSİAL
22:31 04.05.2019
5496
Samuxda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AZXEBER.COM- un "Qafqazinfo”ya istinadən verdiyi məlumatına görə, hadisə rayonun Tatlı kəndi ərazisində baş verib. Yüksək sürətlə hərəkətdə olan "Mercedes” markalı avtomobil idarəetməni ittirərək əvvəlcə yolun kənarındakı ağaca çırpılıb, daha sonra kanala düşüb. Sürücü hadisə yerində dünyasını dəyişib.

Məlumata görə, ölən şəxs Goranboy rayonunun Baxçakürd kənd bələdiyyə sədri Verdiyev Sakitdir. Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR