Saxta enerji doldurma kabellərindən ehtiyatlı olun: əks halda…

MARAQLI
11:11 27.12.2023
306

Bir istifadəçinin iPhone 15 Pro Max-ı doldurmaq üçün istifadə etdiyi saxta kabeli enerji dolduran zaman əriyib və telefona birləşdirilib. 

AZXEBER.COM xəbər verir ki, iPhone istifadəçiləri bazarda dolaşan saxta enerji kabellərinin yaratdığı risklərə qarşı xəbərdarlıq edilir. 

Keyfiyyətsiz və sertifikatsız doldurma aksesuarlarının istifadəsi cihazlarda həddindən artıq istiləşməyə və hətta yanğın təhlükəsinə səbəb ola bilər. 

Təhlükəsizlik mütəxəssisləri bildirirlər ki, orijinal olmayan enerji kabelləri iPhone-lara ciddi ziyan vura bilər.

Belə məhsullar çox vaxt ucuz materiallardan hazırlanır və "Apple”ın təhlükəsizlik standartlarına uyğun gəlmir. 

Mütəxəssislər vurğulayırlar ki, saxta məhsullar cihazın həddindən artıq istiləşməsinə, qısaqapanmasına və hətta tam yararsızlığına səbəb ola bilər.

"Apple” rəsmiləri və texnologiya mütəxəssisləri istifadəçilərə yalnız "Apple” tərəfindən təsdiqlənmiş sertifikatlaşdırılmış enerji aksesuarlarından istifadə etməyi şiddətlə tövsiyə edir. 

Bu, həm cihazın təhlükəsizliyi, həm də uzunmüddətli istifadə üçün vacibdir. 

Elektron təhlükəsizlik mütəxəssisləri saxta enerji kabellərinin təkcə iPhone deyil, bütün elektron cihazlar üçün ciddi təhlükə olduğunu bildirirlər.

Gülay

 


OXŞAR XƏBƏRLƏR