Səbuhi Abbasov: ‘NİDA-çıların əfv ərizəsi yazması müxalifətin ən biyabırçı ‘uğurudur’

SİYASƏT
16:18 05.12.2014
1437

“NİDA-çı gənclər bir-birilərinin ardınca əfv ərizələri yazırlar. Təbii ki, bu müəyyən mənada təqdirəlayiq haldır. Əgər bir gənc səhvini başa düşərək özünü islah etməyə cəhd edirsə bu artıq sevindirici məqamdır. Çünki onlar da bu ölkənin vətəndaşı, gəncləridirlər”.

Bu fikirləri saytımıza Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası İctimai Birliyinin sədri Səbuhi Abbasov “NİDA”çı gənc Əbdül Əbilovun Prezident İlham Əliyevə əfv məktubu ünvanlamasına münasibətini açıqlayarkən deyib.

“Lakin burda başqa bir məqam da var. Bu proses nə vaxta qədər davam edəcək? Düşünürəm ki, bu kimi hadisələrə vətəndaş cəmiyyəti ciddi şəkildə münasibət bildirməlidir. Bu gün hər bir Azərbaycan gəncinin potensial imkanları səmərəli fəaliyyətə köklənməlidir. Biz müxalifətin gənclərin imkanlarından öz maraqları naminə istifadə edərək lazımsız əşya kimi yanaşmalarına göz yummamalıyıq. Bu dözülməzdir. Artıq bir neçə gəncin əfv ərizəsində ruh düşkünlüyü, psixoloji sarsıntı məqamlarını hiss edirik. Gənclərin öz potensialını ortaya qoymaları üçün Cənab Prezidentin təşəbbüsü ilə altı istiqamətdə fondlar yaradılıb. Gənclər müxtəlif təkliflərlə bu fondlara müraciət edərək öz ideyalarını reallaşdıra bilərlər. NİDA-çıların əfv ərizəsi yazması müxalifətin ən biyabırçı “uğurudur”. Hadisələr onu göstərir ki, milli maraqları qrantlarla barter edən Əli Kərimli dəstəsi bundan sonra da öz çirkin niyyətlərini reallaşdırmaq üçün bütün mümkün vasitələrdən istifadə edəcəklər. Bu məqamda əsas məsuliyyət QHT-lərin üzərinə düşür”.

 

 

OXŞAR XƏBƏRLƏR