Oğlunun fotoları yayılan Bayden çıxılmaz durumdadır

Oğlunun fotoları yayılan Bayden çıxılmaz durumdadır
DÜNYA
00:08 14.07.2022
563
Oğlunun qalmaqalından sonra seçicilər Baydenə cavab verib.

AZXEBER.COM ABŞ prezidenti Co Bayden oğlunun telefonundan sızdığı iddia edilən məlumatlara görə problem yaşayır. Qalmaqallı görüntülər və paylaşılan yazışmalardan sonra hər kəs Baydenin istefasını tələb edir.

"New York Times”ın paylaşdığı sorğu isə susqunluğunu saxlayan ABŞ prezidentinə daha bir zərbə vurub. Demokrat seçicilərin 64 faizi partiyanın 2024-cü il prezident seçkilərində yeni namizədlə iştirakını istəyir. Səhnə arxasında vitse-prezident Kamala Harrisin Baydenin yerinə namizəd ola biləcəyi barədə danışılır.

Qeyd edək ki, "4chan” saytının istifadəçiləri ABŞ prezidenti Co Baydenin oğlu Hunter Baydenin iCloud hesabının parolunu sındırdıqlarını, iPhone və iPad-dən məlumat sızdırdıqlarını iddia ediblər. Sızan məlumatlara Hunter Baydenin yetkinlik yaşına çatmayan qızları ilə uyğun olmayan fotoşəkilləri və atasının narkotik və silah istifadəsi ilə bağlı "Pedofil Piter" kimi qeyd etdiyi yazışmalar və görüntülər daxildir.
 
Ayşən
OXŞAR XƏBƏRLƏR