Seçki məntəqələrinin 20%-də veb-kameralar quraşdırılacaq

Seçki məntəqələrinin 20%-də veb-kameralar quraşdırılacaq
SİYASƏT
13:30 23.08.2013
1407

Buna qədər ki seçkilərdə 10 faiz seçki məntəqələrində veb-kameralar quraşdırılmışdısa, indi ölkə rəhbərliyinin şəxsi tapşırığı ilə artıq 20 faiz məntəqələrdə veb-kameralar quraşdırılacaq.

AZXEBER.COM xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.O qeyd edib ki, Azərbaycanda keçirilən seçkilər ilk növbədə Azərbaycan xalqını razı salmaq üçün keçirilən mühüm kampaniyadır.“Bu dünyanın hər yerində belədir. Dünyanın heç bir yerində ideal seçkilər keçirilmir, əgər kimsə bunu iddia edirsə, düşünürəm ki, düzgün demir. Çünki seçkilər milyonların iştirak etdiyi prosesdir.Lakin biz çalışırıq ki istənilən müraciəti adekvat araşdıraq. Təəssüflər olsun ki, seçkilərin keçirilməsi və onların nəticələrinin dəyərləndirilməsi ilə bağlı qərəzli tendensiyalar da müşahidə olunur.Bəzi xırda nöqsanları şişirdib elə təqdim edirlər ki, guya seçkilər antidemokratik yöndə aparılır, bir-iki fakta görə bütün seçkiləri şübhə altına almaq cəhdi olur”.M.Pənahov qeyd edib ki, bu məsələlərdə müşahidəçilərin də üzərinə böyük məsuliyyət düşür. Biz maksimum səviyyədə birlikdə çalışmalıyıq ki, hər hansı nöqsanlar baş verməsin.“MSK beynəlxalq qurumlarla əməkdaşlıq etmək üçün daim hazırdır, heç bir əməkdaşlıqdan imtina etmirik. Hələ elə bir fakt olmayıb ki, bizə olunan təklifə obyektiv və ya subyektiv səbəbdən imtina edək. Hətta bizə qarşı açıq şəkildə qərəzli olan tərəflərlə də əməkdaşlığa hazırıq”.MSK sədri rayon icra hakimiyyəti rəhbərlərinin seçki ilə bağlı beynəlxalq qurumlarla əməkdaşlığını alqışladığını qeyd edib:“Kimsə fikirləşir ki, bu seçkilərə müdaxilədir, bu tamamilə yanlış fikirdir. Seçkilərə müdaxilə başqa formada, əməkdaşlıq isə hər bir halda lazımdır”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Prezident Ağdamın Kəngərli kəndinin birinci mərhələsinin açılışında iştirak etdi
10:06 10.05.2025
Prezident Ağdamın Kəngərli kəndinin birinci mərhələsinin açılışında iştirak etdi
Pakistan Silahlı Qüvvələri Hindistan aerodromunun məhv edildiyini açıqladı
10:04 10.05.2025
Pakistan Silahlı Qüvvələri Hindistan aerodromunun məhv edildiyini açıqladı
Dövlət və hökumət rəsmiləri Fəxri xiyabanı ziyarət ediblər
10:03 10.05.2025
Dövlət və hökumət rəsmiləri Fəxri xiyabanı ziyarət ediblər
İlham Əliyev Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışında iştirak edib
10:00 10.05.2025
İlham Əliyev Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışında iştirak edib
Hakan Fidan: Yaxın Şərqdə müharibə genişlənə bilər
01:47 10.05.2025
Hakan Fidan: Yaxın Şərqdə müharibə genişlənə bilər
İlham Əliyev Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar paylaşım edib
00:12 10.05.2025
İlham Əliyev Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar paylaşım edib
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür
00:10 10.05.2025
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür
ABŞ Rusiya və Ukraynanın 30 günlük atəşkəsə razılaşacağına ümid edir
23:59 09.05.2025
ABŞ Rusiya və Ukraynanın 30 günlük atəşkəsə razılaşacağına ümid edir
“Azərbaycanla müharibə olmayacaq” - Paşinyan
23:45 09.05.2025
“Azərbaycanla müharibə olmayacaq” - Paşinyan
“Fənərbaxça” səfərdə inamlı qələbə qazanıb
23:38 09.05.2025
“Fənərbaxça” səfərdə inamlı qələbə qazanıb
Vətəndaşlar bu halda banklardan təzminat tələb edə bilər - VİDEO
23:16 09.05.2025
Vətəndaşlar bu halda banklardan təzminat tələb edə bilər - VİDEO
Tərtərdə məktəb binası yandı
23:03 09.05.2025
Tərtərdə məktəb binası yandı
Kürün səviyyəsinin qalxması nəticəsində bəzi əraziləri su basıb
22:51 09.05.2025
Kürün səviyyəsinin qalxması nəticəsində bəzi əraziləri su basıb
Hindistanla Pakistan arasında döyüşlər yenidən başladı
22:43 09.05.2025
Hindistanla Pakistan arasında döyüşlər yenidən başladı
Sumqayıtda evdə yanğın - hadisənin qəsdən törədildiyi iddia olunur
22:31 09.05.2025
Sumqayıtda evdə yanğın - hadisənin qəsdən törədildiyi iddia olunur
Tramp Çinə tətbiq edilən tarifləri birtərəfli qaydada azaltmaq niyyətində deyil
22:21 09.05.2025
Tramp Çinə tətbiq edilən tarifləri birtərəfli qaydada azaltmaq niyyətində deyil