Səfir: Pakistan Beynəlxalq Hava Yolları Bakı istiqamətində birbaşa uçuşların bərpa edilməsini planlaşdırır

Səfir: Pakistan Beynəlxalq Hava Yolları Bakı istiqamətində birbaşa uçuşların bərpa edilməsini planlaşdırır
SİYASƏT
20:37 08.04.2025
554
Pakistan Beynəlxalq Hava Yolları Bakı istiqamətində birbaşa uçuşların bərpa edilməsini planlaşdırır.
 
AZXEBER.COM "APA"ya istinadən xəbər verir ki, bunu Pakistan İslam Respublikasının Milli Günü münasibətilə Bakıda rəsmi qəbulda Pakistanın Azərbaycandakı səfiri Qasım Mohiuddin deyib.

O qeyd edib ki, Ötən il 81 mindən çox pakistanlı turist Azərbaycana səfər edib:

”Bu ilin sonuna qədər Pakistan Beynəlxalq Hava Yollarının Bakı istiqamətində birbaşa uçuşlar bərpa etməsi ilə, ümid edirik ki, bu il yüz min nəfərlik səfər sayını keçəcəyik".
OXŞAR XƏBƏRLƏR