Şəhidlərimizin ikisi Ramiz Novruzun qohumudur

SOSİAL
16:35 04.04.2016
3038
“7-8 ay idi ki, hərbiyə getmişdi... ” Bu sözləri xalq artisti Ramiz Novruz cəbhə xəttində ermənilərin hücumunu dəf edərkən şəhid olan əmisi nəvəsi Novruzov Fərahim Nadir oğlu barəsində danışarkən deyib. Xalq artisti şəhidin Biləsuvar rayonunun Səmədabad kəndindən olduğunu deyib:
“Ailəli deyildi... Həmişə rayonda yaşayan uşaq olduğundan onunla yalnız bir neçə dəfə görüşmüşdüm. O da orta məktəb vaxtlarında... Hazırda Fərahimgilin həyətindəyik”.
Xalq artisti daha bir şəhidin onun qohumu olduğunu deyib:
“Qarşı tərəfin mövqelərinə aviasiya zərbələri endirilən zaman vurulan Mi-24 helikopterinin pilotu mayor Mustafazadə Təbriz də mənim qohumumdur. O, gəlinimizin xalası oğludur. Onun cənazəsini hələ götürə bilməyiblər.
Allah şəhidlərimizə rəhmət eləsin, təki vətən sağ olsun!”

OXŞAR XƏBƏRLƏR