Şəkidə vəzifəli şəxs işdən çıxarıldı

Şəkidə vəzifəli şəxs işdən çıxarıldı
SOSİAL
09:23 18.02.2026
526
Şəki Şəhər İcra Hakimiyyətinin vəzifəli şəxsi işdən çıxarılıb.

AZXEBER.COM Oxu.az-a istinadən xəbər verir ki, bu barədə icra başçısı Elxan Usubov əmr imzalayıb. Onun əmri ilə icra hakimiyyətinin Sənəd dövriyyəsi, vətəndaş müraciətləri və inzibati işlər şöbəsinin Hüquq və kadr məsələləri sektorunun məsləhətçisi Eldar Əlyəsər oğlu Məmmədov tutduğu vəzifədən azad edilib.

Xatırladaq ki, E.Məmmədov tanınmış həkim-uroloq Məmməd Məmmədovun qardaşıdır.
OXŞAR XƏBƏRLƏR