'Seks dərsi' Azərbaycanda

MARAQLI
13:45 12.09.2013
24019
Məktəblərdə cinsi tərbiyə.Qulağa xoş gəlir, bilirəm. Amma mən sizə məktəbdə çəkilən pornolar haqda danışmayacağam.
Ölkəmizdə seks islahatına ehtiyac var. Bunun bir çox səbəbləri var. İlk növbədə əksəriyyətimizin belə xəbəri olmayan cinsi yolla keçən zöhrəvi xəstəliklər və infeksiyaların işıq sürətiylə yayılmasıdır. Bu məsələ qabardılmasa da Azərbaycan bu cür xəstəliklərin geniş yayıldığı ölkələrdəndir. Qorumasız seks nəticəsində müxtəlif virus daşıyıcıları həkimə getməyə çəkinir və ya bunu ətrafından gizlədir. İşin dəhşətli tərəfi, bilərəkdən (bəzən bilməyərəkdən) bu virusu növbəti seks partnyorlarına yoluxdururlar.
Sağlam seks haqda məlumatsızlıq bu cür halların artmasına şərait yaradır. Məhz buna görə məktəblərdə cinsi tərbiyə məsələsi gündəmə gətirilməlidir. Amma təəssüf hissiylə deyə bilərəm ki, adicə yuxarı sinif şagirdlərinə tədris edilən Biologiya (Anatomiya) kitabında yer alan bir paraqraf (hansında ki, sadəcə “spermatazoid” söz yazılıb) belə müəllimlər tərəfindən keçirilmir. Buna görə də bəzi ölkələrin təcrübəsi əsasında aşağıdakı ilkin təklifi hazırlamışam.
- Uşaqların öz vücudlarını tanımaq məqsədi ilə 2-ci sinifdən sadə dildə tədris
- Tədris zamanı oğlan və qızlar ayrı otaqlarda toplaşması
- Tədrisin könüllü olması və valideynlərin razılığı əsasında formalaşdırılması
- Yeniyetməlik dönəmi – 7-ci sinifdən sağlam seks, əks təqdirdə yaranacaq problemlər, qoruyucular v.s haqda 2 illik tədris proqramı (yuxarıdakılar keçərlidir)
Məktəblərdə “cinsi tərbiyə” dərsi ilk dəfə Sovet Birliyində tədbiq edilmişdir (1948-ci ildən dayandırılmışdır). Ardından 1955-ci ildəİsveçdə bu proqram həyata keçirilməyə başlanmışdır. Hazırda Avropanın (əsasən Şimali Avropa) bəzi ölkələri başda olmaqla, Amerikada da “cinsi tərbiyə” məktəblərdə tədris edilməkdədir. İlk baxışdan bu cür tədrisin çox erkən cinsi əlaqələrin artmasına səbəb olacağı düşünülsə də bu ehtimal edilən səviyyədə baş vermədi, əksinə insanların sağlam seksi dərk etmələrinə gətirib çıxartdı.
Ailədə cinsi tərbiyə.
Cinsi tərbiyə əslində doğuşdan körpənin cinsiyyətinin öyrənilməsiylə başlayıb, yeniyetməliyin son mərhələsinə qədər davam edən uzun bir prosesdir.Proses deyirəm, çünki hər dönəmdə fərqli şeylər öyrənilir. Hər uşağın cinsi tərbiyədə ilkin müəllimi ailəsidir. Amma, təəssüf ki, ölkəmizdə nədənsə ailələr bu öhdəlyi yerinə yetirmir. Uşaqlar cinsi həyatlarıyla bağlı məlumatları küçədən, dostlarından, internetdən öyrənir. Bu da hər zaman düzgün informasiyalar olmadığından uşağın yalnış məlumatlanmasına səbəb olur.
Bizim ailələrdə uşaq cinsi həyatla bağlı (orqanları, cinslərarası fərq, doğuş və.s) suallar verdikdə valideynlər təlaşlanır, uydurma cavablar verir və ya uşağı danlayır. Bu isə onda cinsi həyatın pis bir şey olduğu düşündürür və gələcəkdə problemlərinin yaranmasına səbəb olur.
Uşaqların ən çox verdiyi sual –“Uşaq necə yaranır?”. Bizlərdə buna, adətən, bu cür cavablar verilir: -“Uşaqları həkimdən alırlar”,“uşaqları dənizdən gətirirlər”,“uşaqları quşlar gətirir”,“uşaqları Allah baba göydən atır”və.s. Bilirəm, çox gülüncdür. Amma əslində bu suala belə cavab vermək daha doğrudur: -“Uşaqlar anaların qarnında olur, orda böyüyür, sonra ordan çıxır”. Ora necə düşməsi haqda danışmağa ehtiyac yoxdur. Çünki, bu sonrakı dönəmin işidir.
Yeniyetməlik dönəmi
İnsan həyatında olduqca önəmli dəyişim nöqtələrindən biri hesab edilə bilir. Amma çox təəssüf edirəm ki, Azərbaycanda uşaqlar bu vacib mərhələni təkbaşına keçir. Bu da sonrakı problemlərə zəmin yaradır. Normal olaraq, kaprizlərin, aqresiyanın artdığı bu yaşlarda valideynlər səbir göstərməlidir. Amma hələ də “yeniyetməlik dönəmi”nin nə olduğunu bilməyən valideynlər uşaqlarındakı xarakter dəyişikliyinə, həssaslığa, aqresiyaya aqresiyayla cavab verirlər. Bəs əslində necə olmalıdır? Əslində valideyn (oğlanla ata, qızla ana) yeniyetməlik dönəminin başlanğıcında öz övladına onu nələrin gözlədiyini açıq-aydın başa salmalıdır. Vücudunda hansı dəyişiklərin olacağını əvvəcədən bilən yeniyetmə bu dönəmini daha rahat keçirəcəkdir.
Əminliklə deyə bilərəm ki, 90%-dan çox qız ilk menstruasiyada (aybaşı)“nə edəcəyini bilməmə, özündən irgənmə, günahkarlıq”kimi hislər, oğlanların ilk ejakulasiyasında (boşalma) isə“təəccüb, özünü günahkar hissetmə, nə edəcəyini bilməmə”hisləri olur. Bunun da əsas səbəbi əvvəlcədən bilmədikləri bir şeylə qarşılaşmalarıdır.
Bu yazını çox uzada bilərəm. Son olaraq deyə bilərəm ki, cinsi tərbiyə istər ailədə, istərsə də məktəbdə tədris olunması nə tərbiyəsizlikdir, nə də mədəniyyətsizlik. Bu fikir əslində ölkəmizdə yabanı böyüyən uşaqların sağlam həyat keçirməsinə xidmət edir. Seks hər kəsin həyatında yaşanan və ya yaşanacaq şeydir. Əgər belədirsə, niyə onu sağlam yaşamayaq?!
Birmənalı qarşılanmayacağımı da bilirəm. Çünki, məhşur “ana-bacı söhbəti”, “bizim mennnntalitetimiz var” prinsipi bu haqda fikirləşməyi əngəlləyə bilər. Düşünürəm ki, Bakıda “SEX SHOP” açmaqdansa bu cür dərslərin, seminarların həyata keçirilməsini düşünmək daha faydalı olardı.
Tural,
AZXEBER.COM
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
ADNSU-nun əlaçı tələbələri Balaxanıda “ADNSU-100” lövhəsinin açılışını ediblər - FOTOLAR
19:51 08.08.2025
ADNSU-nun əlaçı tələbələri Balaxanıda “ADNSU-100” lövhəsinin açılışını ediblər - FOTOLAR
Məşhur aktrisaya AĞIR İTKİ
19:48 08.08.2025
Məşhur aktrisaya AĞIR İTKİ
Hikmət Hacıyev: Prezident İlham Əliyev müharibədə qalib gəldi – indi o sülhü qazandı
19:46 08.08.2025
Hikmət Hacıyev: Prezident İlham Əliyev müharibədə qalib gəldi – indi o sülhü qazandı
Yaşar süni intellektlə çəkilən klipini təqdim etdi - VİDEO
19:25 08.08.2025
Yaşar süni intellektlə çəkilən klipini təqdim etdi - VİDEO
Almaniya İsrailə silah ixracını dayandırıb
19:10 08.08.2025
Almaniya İsrailə silah ixracını dayandırıb
Ukrayna və Moldovanın Aİ üzvlüyü üçün danışıqlar prosesi eyni vaxtda başlayacaq
18:58 08.08.2025
Ukrayna və Moldovanın Aİ üzvlüyü üçün danışıqlar prosesi eyni vaxtda başlayacaq
Çin İsrailin Qəzza ilə bağlı planlarından ciddi narahatdır
18:40 08.08.2025
Çin İsrailin Qəzza ilə bağlı planlarından ciddi narahatdır
Fransa klubu çempionatın başlamasına bir gün qalmış Liqa 2-yə yüksəlib
18:29 08.08.2025
Fransa klubu çempionatın başlamasına bir gün qalmış Liqa 2-yə yüksəlib
Həbsxanaya kartofun içərisində telefon keçirmək istədi
18:06 08.08.2025
Həbsxanaya kartofun içərisində telefon keçirmək istədi
Putin bu ilin sonunda Hindistana səfər edəcək
17:52 08.08.2025
Putin bu ilin sonunda Hindistana səfər edəcək
ADNSU-nun üç əməkdaşı “Qlobal İqlim Dəyişikliyi Çağırışı 2025” müsabiqəsində münsif seçildi
17:38 08.08.2025
ADNSU-nun üç əməkdaşı “Qlobal İqlim Dəyişikliyi Çağırışı 2025” müsabiqəsində münsif seçildi
Ağ Ev: Azərbaycan və Ermənistan sülh razılaşması imzalayacaq
17:33 08.08.2025
Ağ Ev: Azərbaycan və Ermənistan sülh razılaşması imzalayacaq
"Vaşinqton görüşü nəticəsində Cənubi Qafqaz üçün yeni siyasi səhifə açıla bilər" - ŞƏRH
17:20 08.08.2025
"Vaşinqton görüşü nəticəsində Cənubi Qafqaz üçün yeni siyasi səhifə açıla bilər" - ŞƏRH
Yağış yağacaq, leysan olacaq, dolu düşəcək
17:07 08.08.2025
Yağış yağacaq, leysan olacaq, dolu düşəcək
Azərbaycan XİN: Gürcüstandakı münaqişənin ərazi bütövlüyü prinsipləri əsasında həllinin tərəfdarıyıq
17:05 08.08.2025
Azərbaycan XİN: Gürcüstandakı münaqişənin ərazi bütövlüyü prinsipləri əsasında həllinin tərəfdarıyıq
Batumidə fərdi nəqliyyat vasitələri üçün yaradılan şərait - VİDEO
16:52 08.08.2025
Batumidə fərdi nəqliyyat vasitələri üçün yaradılan şərait - VİDEO