Şəmkirdə iki nəfər kanalda boğulub

Şəmkirdə iki nəfər kanalda boğulub
HADİSƏ
21:18 13.06.2025
624
Şəmkirdə iki nəfər suda boğulub.

Hadisə rayonun Yuxarı Seyfəli kəndində qeydə alınıb.

Belə ki, 2004-cü il təvəllüdlü Ü. İbrahimov və daha bir qadın Şəmkirin Dəriyaçay su kanalında boğulublar.

Əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb olunub. Ü. İbrahimovun meyti sudan çıxarılıb. 2005-ci il təvəllüdlü A. Həsənovanın axtarışı isə davam etdirilir.

Məlumata görə onlar su kanalında çimən zaman boğulublar.
 
/APA
OXŞAR XƏBƏRLƏR