Şəmkirdə "Mitsubishi" dərəyə yuvarlandı - Yaralılar var

Şəmkirdə "Mitsubishi" dərəyə yuvarlandı - Yaralılar var
HADİSƏ
23:36 01.06.2025
407
Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayon ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Mitsubishi" markalı minik avtomobili idarəetmədən çıxaraq dərəyə aşıb.

Qəza nəticəsində minik avtomobili deformasiyaya uğrayıb və dərhal əraziyə FHN-nın xilasediciləri cəlb olunub.

Avtomobildə sıxılmış vəziyyətdə olan bir neçə nəfər çıxarılaraq xəstəxanaya aparılıb.

Hadisə yerində polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
 
/APA
OXŞAR XƏBƏRLƏR