Semyon Slepakov axtarışa verildi

Semyon Slepakov axtarışa verildi
DÜNYA
23:46 09.07.2026
301
Rusiya İstintaq Komitəsi (İK) şoumen və komik Semyon Slepakova qarşı qaldırılmış cinayət işinin istintaqını yekunlaşdırıb.

Bu barədə TASS-a Rusiya İK-nin mətbuat xidmətindən bildirilib.

Şoumen xarici agentlər haqqında qanunvericilikdə nəzərdə tutulmuş öhdəliklərin icrasından boyun qaçırmaqla təqsirləndirilir. İstintaqın məlumatına görə, Slepakov xarici agent funksiyasını yerinə yetirən fiziki şəxsin fəaliyyət qaydasını pozduğuna görə bir il ərzində iki dəfə inzibati məsuliyyətə cəlb edilib.

Bununla belə, o, Rusiyadan kənarda olarkən xarici agent fəaliyyəti qaydalarını pozaraq, sosial şəbəkələrin birində xarici agent tərəfindən hazırlandığına dair müvafiq xəbərdarlıq qeydi olmadan materiallar yayıb.

"Təqsirləndirilən şəxsə qiyabi olaraq ittiham irəli sürülüb və o, axtarışa verilib. İstintaqın vəsatəti ilə onun barəsində qiyabi olaraq həbs qətimkan tədbiri seçilib. İstintaq tərəfindən şəxsin bu əməli törətməsini ifşa edən sübutlar əldə edilib, bununla əlaqədar cinayət işi məhkəməyə göndərilməsi üçün təqdim olunub", - deyə məlumatda vurğulanır.
OXŞAR XƏBƏRLƏR