Səhnə adı SİVVA olan bəstəkar-müğənni Sevinc Ağasıyeva koronavirus səbəbindən həyata keçirilən #evdəqal aksiyasına qoşulub.
AZXEBER.COM xəbər verir ki, o bir çox dünya ulduzları və yerli sənətçilər kimi izləyicilərinə virtual konsert verəcək.
23 mart saat 21:00-da sənətçinin Facebook və instagram səhifəsində başlayacaq yayımda o bir çox sevilən Azərbaycan mahnılarını canlı ifa edəcək.