Səni atmaq istəmirəm - Leyla Əliyeva

MƏDƏNİYYƏT
00:49 19.07.2014
2145

Yazıçı-publisist Mahir Qabiloğlu Azərbaycan prezidentinin qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın növbəti şeirinin tərcüməsini Modern.az saytına təqdim edib. “Səni atmaq istəmirəm” adlı şeiri oxucuların ixtiyarına veririk. (Я не хочу тебя бросать) Səni tərk etmək çətin!.. -  Mən bunu istəmirəm...  amma atıb gedəcəm  bu səddi yenməliyəm.  Məğlub olmaq üçünmü  Oyun oynadın? – Nədən?!  Bir sual et özünə -  Dərk et bunu dərindən... Neyçin oyuna girdin?  Ağ bayraqla bitirdin.  Öncədən bilə-bilə,  Sən sonunu yetirdin.  Bunu bilirdin, əlbət,  Amma gözə almadın,  Zəfər ciddi addımdır,  Sən bunu anlamadın. Yoxdur qalib! – Heç bunu  Gətirmə xəyalına.  Zəfər sözü çox yaddır  Bu oyunun adına...  Həyat elə həyatdır  Filimlərə aldanma  Bəs onda səbəb nədir  Təlaşa, həyacana?.. Gözlərinə baxıram –  Hislər, duyğular labüd...  Sanma mən ürəkdədir  Bütün şübhə, tərəddüd...  İnanırdın sonunda  Hər şey yaxşı olacaq,  Hər halda gözləyirdin,  İnanmağınsa – nahaq... Sonun axırı budur,  Belə də olmalıymış..!  Ən sona nöqtə qoyub  Yeni həyat başlamış...  İtirməksə çətindir,  Bunu mən də bilirəm  Çünki özüm bu yolu  Qarış-qarış gəlirəm... “Bağışla” desəm sənə  Yüngüllük taparsanmı?  Ən duyğulu anında,  İtirdiyini duyub  Köksün üstə sıxdığın  Bu nazik əllərimi  Xahiş eləsəm səndən  Açıb buraxarsanmı? “Sızıldama, ağlama!” –  Yox, ağlayan deyilsən..!  “Unut, yadından çıxart!” –  Unudan da deyilsən...  Xahiş edirəm, süzmə  Həsrətli gözlərinlə...  Yanaşı olanda da  Təkdin öz aləmində... Az da olsa, əqlimi,  Başımdan eyləmişdin.  Səni mən Məcnun etdim;  Etirafda gecikdim..?  Lap boynuma alsam da,  günahımı – nə fayda?..  Günahlar silinəcək  gün üfüqdən baxanda...  Sən də qeyb olacaqsan,  Günahlarla birlikdə...  Təlaşlanma, yellənmə  qürubun yedəyində.  Mən sənə “yox!” deyirəm  “Yox” mövcud olmasa da...  Yolasa tək çıxıram  Həyacanlar sarsa da... Aramızda uçurum –  Dərinliyi bir ümman.  Torpaq tökmə – bitişməz  Heç cəhd etmə, ay oğlan.  Gedirəm, qəzəbliyəm,  Kinim – oddan-alovdan..!  Addımlarımsa kövrək,  Arxasında bir inam... Rus dilindən çevirəni: Mahir Qabiloğlu

OXŞAR XƏBƏRLƏR