Xalq artisti, sevilən aktrisa Sənubər İsgəndərlidən xəbər var.
AZXEBER.COM-un məlumatına görə, aktrisa bu günlərdə çəkilişlərində iştirak etdiyi “Zengin kız, fakir oğlan” serialından olan fotolarını "Facebook" profilində paylaşıb.Qeyd edək ki, TRT-1 telekanalında nümayiş olunacaq serialın bölümlərindən birində azərbaycanlı aktyorlar Sənubər İsgəndərli və Əzizağa Əzizov çəkiliblər.Aktyorlarımızın oynadığı hissə mayın 16-da, Bakı vaxtıyla saat 21:50-də nümayiş etdiriləcək.