Bosniya və Herseqovinanın iki qurumundan biri olan Serb Respublikası Prezidenti Milorad Dodik bir neçə həftə ərzində müstəqilliklərini elan edə biləcəklərini bildirib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, müstəqillik bəyannaməsi Bosniya və Herseqovinanın iki qurumundan biri olan Serb Respublikası Prezidenti Milorad Dodikdən gəlib.
Rəsmi televiziya kanalı RTRS-ə danışan Dodik Bosniya və Herseqovinanın Ali Nümayəndəsi Kristian Şmidtin Srpska Respublikası tərkibindəki daşınmaz əmlakın statusu ilə bağlı tənzimləməni dövlətin xeyrinə həll edəcəyi təqdirdə müstəqillik yolunda addım ata biləcəklərini söyləyib.
Bosniya və Herseqovinadan ayrılacaqları təqdirdə onları beynəlxalq hərbi müdaxilədən qoruyacaq dostları olduğunu ifadə edən Serb lideri yanvar ayında reqlamentin Şmidt tərəfindən qüvvəyə minməsi halında Serb Respublikası Xalq Məclisinin növbədənkənar iclas keçirəcəyi ilə hədələyib.
Ayşən