Sərdar Cəlaloğlunun da namizədliyi irəli sürüldü

SİYASƏT
16:40 28.08.2013
1294

ADP sədrinin namizədliyinin irəli sürülməsi ilə bağlı müvafiq sənədlər günün ikinci yarısında MSK-ya təqdim ediləcək

Bu gün Azərbaycan Demokrat Partiyası (ADP) Ali Məclisinin sessiyası keçirilib. ADP-dən AZXEBER.COM-a verilən məlumata görə, sessiyada yalnız bir məsələyə baxılıb. Ali Məclis ADP İdarə Heyətinin partiyanın prezident seçkilərində iştirakı, təşkilatın sədri Sərdar Cəlaloğlunun namizədliyinin irəli sürülməsi təklifinin dəstəklənməsinə dair qərar qəbul edib. İclasda Təşəbbüs Qrupu və Seçki Qərargahının formalaşdırılmasına, S. Cəlaloğlunun namizədliyinin təsdiq olunması üçün sənədlərin tez bir zamanda Mərkəzi Seçki Komissiyasına təqdim olunmasına dair də qərarlar verilib. Bundan başqa, S. Cəlaloğlunun səlahiyyətli nümayəndələri müəyyənləşib. S. Cəlaloğlu APA-ya açıqlamasında namizədliyinin irəli sürülməsi ilə bağlı müvafiq sənədlərin günün ikinci yarısında MSK-ya təqdim ediləcəyini bildirib.

OXŞAR XƏBƏRLƏR