G20 Liderlər Zirvəsi üçün Hindistanın Yeni Dehli şəhərinə gedən Rusiya xarici işlər naziri Lavrov hava limanında musiqi və rəqs nömrələri ilə qarşılanıb.
AZXEBER.COM xarici mətbuata istinadla xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov G20 Liderlər Sammitində iştirak etmək üçün Hindistanın paytaxtı Yeni Dehliyə gedib.
Sentyabrın 9-10-da keçiriləcək G20 sammitində Rusiya prezidenti Vladimir Putinin adından Rusiya nümayəndə heyətinə Lavrov başçılıq edir.
S. Lavrov təyyarədən enərkən ənənəvi hind musiqisi və rəqs nümayişləri ilə qarşılanıb.
Şəbnəm