Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin (FHN) "112” qaynar telefon xəttinə Şərur şəhərində ərzaq mağazasında yanğın hadisəsin baş verməsi barədə məlumat daxil olub.
AZXEBER.COM xəbər verir ki, məlumatla əlaqədar dərhal Şərur şəhər Dövlət Yanğından Mühafizə hissəsinin yanğından mühafizə bölmələri çağırış üzrə hadisə yerinə cəlb olunublar.
Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın hadisəsi nəticəsində ümumi sahəsi 1980 m² olan obyektin 2 m² sahəsi, 1 ədəd kombi və pəncərəsi yanıb.