Seyf əl-İslamı satan bələdçi danışdı - VİDEO

MARAQLI
10:15 23.11.2011
1468
Müammər Qədafinin oğlu Seyf əl-İslamı səhradan keçmək üçün tutulmuş bələdçi satıb. Məlumatı “Reuters” agentli yayıb. Keçmiş Liviya liderinin oğlu bələdçiyə səhranı Niger sərhədinə qədər təhlükəsiz keçmək müqabilində 1 milyon avro vəd etsə də, o, Seyf əl-islamı Milli Keçid Şurasının könüllülərinə satıb. Bundan başqa, bir neçə gün əvvəl məlumat yayılmışdı ki, Seyf əl-İslam onu ələ keçirən silahlılara 2 milyard avro təklif edib. Lakin onlar bu məbləğdən imtina ediblər.Liviya KİV-i bələdçi Yusif Saləh əl-Xotaninin hadisə ilə bağlı danışdıqlarını da yayıb. “Onun (Seyf əl-İslamın) mənə inanması üçün əlimdən gələni etdim. Onunla ünsiyyətdən sonra bizim döyüşçülərlə razılaşdıq ki, səhralıqda pusqu qursunlar. Qəddafinin oğlunun maşınları vadiyə çatdıqla döyüşçülər atəş açmağa başladılar. Əvvəlcə birinci maşını (içərisində mühafizəçilər olub) atəşə tutdular. Sonra isə Seyf əl-İslamın olduğu ikinci maşını dayanmağa məcbur etdilər”, - satqın bələdçi deyib.Hazırda Seyf əl-İslam Ziltan şəhərində saxlanılır. Onun paytaxta aparılması məsələsi açıq qalır. Çünki yerli qiyamçıların liderləri ilə Milli Keçid Şurasının rəhbərliyi arasında siyasi xarakterli ziddiyyət mövcuddur.

OXŞAR XƏBƏRLƏR