Si Cinpin və Pezeşkian BRİCS-də görüşdülər - Nələr müzakirə edildi?

Si Cinpin və Pezeşkian BRİCS-də görüşdülər - Nələr müzakirə edildi?
DÜNYA
13:15 24.10.2024
201
BRİCS Sammiti çərçivəsində Çin Prezidenti Si Cinpin İran Prezidenti Məsud Pezeşkianla görüşüb.
 
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, İranın beynəlxalq və regional təsirə malik mühüm ölkə olduğunu, Çinin yaxşı dostu və ortağı olduğunu bildirən Çin prezidenti "Beynəlxalq və regional vəziyyət necə dəyişsə də, Çin İranla dostluq əməkdaşlığını inkişaf etdirməyə davam edəcək", - deyə bildirib.

Çin-İran əlaqələrinin strateji əhəmiyyətinin dünyanın bir əsrdə görünməmiş dəyişikliklərdən keçdiyi bir vaxtda daha da aydınlaşdığını vurğulayan dövltə başçısı "Çin İranın milli suverenliyini, təhlükəsizliyini və ləyaqətini qorumaqda, iqtisadi inkişafında dəstək verir" - deyə qeyd edib.
 
Çinin daxili işlərə qarışmamaq kimi əsas beynəlxalq normaları müdafiə etmək və iki ölkənin qanuni hüquq və mənafelərini qorumaq üçün İranla işləməyə hazır olduğunu vurğulayan Si iki ölkə arasında hərtərəfli strateji əməkdaşlığın sabit inkişafını davam etdirmək istədiklərini söylədi.

Çinin Yaxın Şərqdəki mövcud vəziyyətdən çox narahat olduğunu ifadə edən Si regional gərginliyin azaldılması üçün tezliklə atəşkəsin və Qəzzada müharibənin dayandırılmasının vacib olduğunu vurğulayıb.

Prezident qeyd edib ki, beynəlxalq ictimaiyyət tərəfləri Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirməyə inandırmalı və gələcək qeyri-sabitliyin qarşısını almalıdır.

İran və Çinin öz əsas maraqlarına aid olan məsələlərdə bir-birini dəstəkləməyə hazır olduqlarını və "hegemonluq və tiranlığa birlikdə qarşı çıxmağa" hazır olduqlarını bildirən Pezeşkian İranın BRİKS-ə üzvlüyünə verdiyi dəstəyə görə Çinə təşəkkür edib.

Qeyd edək ki, Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrikadan ibarət BRİKS qrupu ölkələri, 2023-cü ilin avqustunda Cənubi Afrikanın Yohannesburq şəhərində keçirilən sammitdə Çin və Rusiyanın liderliyindəki genişlənmə qərarı ilə Argentina, Efiopiya, İran, Misir, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri də daxil olmaqla 6 ölkəni üzvlüyə dəvət edib.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Pakistanda 5,8 bal gücündə zəlzələ qeydə alınıb
09:44 29.06.2025
Pakistanda 5,8 bal gücündə zəlzələ qeydə alınıb
Rusiya uzun illərdir bölgədə təhlükəsizlik və sabitlik deyil, məhz zülm, etnik ayrı-seçkilik yayır - ŞƏRH
00:25 29.06.2025
Rusiya uzun illərdir bölgədə təhlükəsizlik və sabitlik deyil, məhz zülm, etnik ayrı-seçkilik yayır - ŞƏRH
Xamenei və onun Azərbaycanla müharibəsi
00:14 29.06.2025
Xamenei və onun Azərbaycanla müharibəsi
Kreml repressiyası - "Skinhed" ruhlu imperiya
23:59 28.06.2025
Kreml repressiyası - "Skinhed" ruhlu imperiya
Yekaterinburqda işgəncə görən azərbaycanlı: "Kafeyə basqın edib, bizi döyə-döyə kabab bişirtdirib, yeyib içdilər"
23:50 28.06.2025
Yekaterinburqda işgəncə görən azərbaycanlı: "Kafeyə basqın edib, bizi döyə-döyə kabab bişirtdirib, yeyib içdilər"
Hacıbəy Heydərli: Azərbaycan dövləti şimal qonşusundan fərqli olaraq hər bir vətəndaşının arxasındadır
23:34 28.06.2025
Hacıbəy Heydərli: Azərbaycan dövləti şimal qonşusundan fərqli olaraq hər bir vətəndaşının arxasındadır
Kürdəmirdə kişi həyat yoldaşını qətlə yetirib
23:27 28.06.2025
Kürdəmirdə kişi həyat yoldaşını qətlə yetirib
 Baş redaktor: “Rusiya özünün işğalçı müharibəsinə azərbaycanlıları zorla qoşulmağa məcbur edir”
23:20 28.06.2025
Baş redaktor: “Rusiya özünün işğalçı müharibəsinə azərbaycanlıları zorla qoşulmağa məcbur edir”
“Bu, çökən imperiyanın refleksidir”
23:15 28.06.2025
“Bu, çökən imperiyanın refleksidir”
Rusiyada baş verənlər Stalin repressiyalarını belə kölgədə qoyur: Şovinist siyasətin tarixi
23:11 28.06.2025
Rusiyada baş verənlər Stalin repressiyalarını belə kölgədə qoyur: Şovinist siyasətin tarixi
Overçukun Azərbaycana səfəri ləğv olundu - Yekaterinburqdakı hadisələrə görə
23:01 28.06.2025
Overçukun Azərbaycana səfəri ləğv olundu - Yekaterinburqdakı hadisələrə görə
Stiv Uitkoff yaxın günlərdə İran rəsmiləri ilə danışıqlar aparacaq
22:56 28.06.2025
Stiv Uitkoff yaxın günlərdə İran rəsmiləri ilə danışıqlar aparacaq
İsrail Livana zərbə endirib, "Hizbullah"ın bölmə komandanı öldürülüb
22:47 28.06.2025
İsrail Livana zərbə endirib, "Hizbullah"ın bölmə komandanı öldürülüb
Orban: Ukraynanın NATO-ya daxil olması III Dünya müharibəsinə gətirib çıxaracaq
22:41 28.06.2025
Orban: Ukraynanın NATO-ya daxil olması III Dünya müharibəsinə gətirib çıxaracaq
İsrail HAMAS-ın qurucularından birini zərərsizləşdirib
22:31 28.06.2025
İsrail HAMAS-ın qurucularından birini zərərsizləşdirib
Azərbaycanlıların saxlanması ilə bağlı iş xüsusi nəzarətə götürüldü
22:05 28.06.2025
Azərbaycanlıların saxlanması ilə bağlı iş xüsusi nəzarətə götürüldü