‘Sığortaçılar Liqası’ başa çatdı

İDMAN
13:56 23.04.2012
1923

Azərbaycan Sığortaçılar Assosiasiyasının təşkilatçılığı ilə həyata keçirilən “Sığortaçılar Liqası” futbol turniri başa çatmışdır.

Assosiasiyadan AZXEBER.COM-a verilən məlumata görə, keçirilmiş futbol yarışının oyunları nəticəsində “Beynəlxalq Sığorta” və “Azər Sığorta”şirkətləri final mərhələsinə yüksəlmişlər. Final oyununun qalibi isə “Azər Sığorta” Dövlət Sığorta Komersiya Şirkəti olmuşdur. “Beynəlxalq Sığorta Şirkəti” 2-ci yeri, “Standard İnsurance” şirkəti 3-cü yeri, “AzSığorta” Şirkəti isə 4-cü yeri tutmuşlar.

Final oyunundan dərhal sonra təltif etmə mərasimi keçirilmişdir. Mərasim zamanı Futbol yarışının ilk üç yerinin sahibləri kubok, medallar və şəhadətnamələrlə təltif edilmişlər. Yaxın günlərdə futbol turnirinin rəsmi bağlanış mərasimi keçiriləcək.

Xatırladaq ki, turnirə bu ilin yanvar ayında start verilmişdir. Futbol yarışında “AzərSığorta”, “AzSığorta”, “Atəşgah Sığorta”, “Atəşgah Həyat Sığorta”, “Alfa Sığorta”, Azərbaycan Sənaye Sığorta”, “AXA MBASK”, “ATA Sığorta” Şirkəti, “A-Group Sığorta”, “Beynəlxalq Sığorta Şirkəti”, “Bakı Sığorta”, “Era Trans Sığorta”, “Meqa Sığorta”, “Qarant Sığorta” “PAŞA Həyat Sığorta”, “Standard Insurance” şirkətləri olmaqla, 16 sığorta şirkəti iştirak etmişdir.

Qeyd edək ki, turnir boyu oyunlar AFFA-nın peşəkar hakimləri tərəfindən idarə olunmuşdur.

OXŞAR XƏBƏRLƏR