Neftçala rayonunda bədbəxt hadisə baş verib.
AZXEBER.COM "Qafqazinfo”ya istinadən xəbər verir ki, rayonun Xol Qaraqaşlı kəndi ərazisində yerləşən fərdi yaşayış evində yanğın olub.
Belə ki, ümumi sahəsi 130kv.m. olan birmərtəbəli beşotaqlı fərdi yaşayış evində təmir işləri aparılan zaman yaranan yanğın partlayışa səbəb olub.
Partlayış dalğasının təsirindən evdə yaşayan 2001-ci il təvəllüdlü Əzizov Bayram Bəylər oğlu aldığı yanıq xəsarətlərindən vəfat edib. Onun qardaş 1995-ci il təvəllüdlü Əzizov Babək Bəylər oğlu isə müxtəlif dərəcəli yanıq xəsarətləri alaraq rayon xəstəxanasına çatdırılıb.
Qonşuların sözlərinə görə, partlayışa səbəb döşəməyə dolğu vurulan zaman siqaret yandırılması olub. Bu zaman evdə partlayış baş verib.
Hadisə yerinə gələn yanğınsöndürənlər tərəfindən yanğın qısa müddətdə söndürülüb. Yanğın nəticəsində təmir işləri aparılan ümumi sahəsi 30kv.m. olan otağın qamışdan ibarət tavanı və pəncərə çərçivəsi yanıb.
Faktla bağlı araşdırma aparılır.