Şirvanda 36 yaşlı şəxs toyda bıçaqlandı

Şirvanda 36 yaşlı şəxs toyda bıçaqlandı
HADİSƏ
21:41 24.01.2026
855
Şirvanda 36 yaşlı şəxs bıçaqlanıb.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, Şirvan şəhərində bıçaqlanma hadisəsi baş verib.

Hadisə şəhərin Köhnə şəhər massivində qeydə alınıb. Məlumata əsasən, şadlıq saraylarından birində keçirilən toy mərasimindən çölə çağırılan Şirvan sakini, 1990-cı il təvəllüdlü Mahir Habil oğlu Ədilov tanımadığı şəxs tərəfindən bıçaqlanıb.

Zərərçəkən qarın boşluğuna daxilə nüfuz edən bıçaq xəsarəti ilə Şirvan şəhər xəstəxanasına yerləşdirilib və əməliyyata götürülüb.

Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR