Siyəzəndə it qəzaya səbəb oldu, ölən var

Siyəzəndə it qəzaya səbəb oldu, ölən var
SOSİAL
09:35 08.06.2021
290
Siyəzəndə 1 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Şimal bürosunun verdiyi məlumata görə, hadisə Siyəzən-Beşdam yolunda qeydə alınıb.

Belə ki, Ramazanov Kamil Ağaqulu oğlu idarə etdiyi "Opel” markalı avtomobillə hərəkətdə olarkən qarşısına anidən it çıxıb. Bu zaman o, idarəetməni itirib və maşın aşıb. Nəticədə sərnişin, 1996-cı il təvəllüdlü Əhmədov Nicat Əhməd oğlu aldığı xəsarətlərdən dünyasını dəyişib.

Faktla bağlı Siyəzən Rayon Polis Şöbəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR