Tacikistan İslam Universiteti Rektoru Umarali Nazarzoda ilə birlikdə mətbuat konfransı keçirən Əbdürəhim Holikov ölkədə yayılan belə boşanmaların qadağan edilməli olduğunu söyləyib: “Rusiyada işləməyə gedən tacik kişilər bir müddət sonra həyat yoldaşına qısa mesaj göndərərək boşandığını bildirir. Bu üsul artıq qəbul edilməməlidir”.
Qeyd edək ki, ölkədən kənarda çalışan taciklər sms yazaraq boşana bilirlər. Rəsmi olmayan qaynaqlara görə Rusiyada 2.5 milyon tacik vətəndaşı yaşayır.