SOCAR dizel yanacağının ixracını artırıb

İQTİSADİYYAT
17:31 01.11.2016
1107
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2016-cı ilin oktyabr ayında 84 162 ton dizel yanacağı, 5 843 ton təyyarə yanacağı ixrac edib ki, dizel yanacağının ixracı ötən ilin oktyabr ayından 13% artıb, təyyarə yanacağının ixracı isə 75% azalıb.
 
AZXEBER.COM SOCAR-a istinadən xəbər verir ki, ötən ay 7 519 ton yüksək təzyiqli polietilen, 6 191 ton maye piroliz qətranı və 3 541 ton propilen ixrac edilib. Ümumilikdə, 2016-cı ilin yanvar-oktyabr ayları ərzində 593 159 ton dizel yanacağı, 171 191 ton təyyarə yanacağı ixrac olunub ki, dizel yanacağının ixracı 24%, təyyarə yanacağının ixracı isə 15% azalıb. Bu ilin 10 ayı ərzində 2 416 ton soba mazutu, 68 622 ton yüksək təzyiqli polietilen, 9 326 ton mütləqləşdirilmiş izopropil spirti, 51 386 ton maye piroliz qətranı, 34 152 ton propilen və 15 166 ton butilen butadien fraksiyası ixrac edilib.
 
Cari ilin oktyabr ayında dünya bazarında etilləşdirilmiş benzinin qiyməti (1 ton üçün) 511,55 ABŞ dolları, təyyarə yanacağı - 472,80 dollar, dizel yanacağı - 450,81 dollar, 1% kükürdlü mazut - 286,36 dollar, yüksək təzyiqli polietilen - 1 185 dollar, butilen butadien fraksiyası - 528,93 dollar, maye piroliz qətranı - 511,55 dollar, propilen - 725 avro, mütləqləşdirilmiş izopropil spirtinin qiyməti 915 avro təşkil edib.
 
Qeyd edək ki, hesabat ayında dünya bazarında "Brent" tipli xam nefti 49,67 dollar/barelə, "Urals" - 48,74 dollar/barelə, "BTC FOB Ceyhan" nefti isə 51,35 dollar/barelə satılıb.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

19:41 12.02.2025

Görənləri bihuş edən, 30 il gözü kölgəli qalan Zəngilan - Mikayıl Mirzəzadə yazır

19:40 12.02.2025

Suriyada yeni hökumət martın 1-də qurulacaq

19:36 12.02.2025

Prezident Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə sədr təyin etdi

19:36 12.02.2025

Prezident Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə sədr təyin edib

19:29 12.02.2025

Almaniya ölkənin bütün quru sərhədlərində nəzarəti daha altı ay uzadıb

19:18 12.02.2025

Azərbaycan klubunun həkimi 5 oyunluq cəzalandırılıb

19:06 12.02.2025

“Barselona” Levandovski ilə müqavilə müddətini uzadacaq

18:52 12.02.2025

Rusiya PUA istehsal edən Ukrayna müəssisələrinə raket zərbəsi endirib

18:39 12.02.2025

İran Trampın təzyiqinə görə ABŞ ilə danışıqlardan imtina edib

18:26 12.02.2025

Ermənistan hərbçiləri ABŞ-də hərbi təlimlərdə iştirak edir

17:54 12.02.2025

Əfv Məsələləri Komissiyasının ilk iclası keçirilib, 100-dən çox müraciətə baxılıb

17:38 12.02.2025

Sumqayıt Dövlət Universitetinə yeni rektor əvəzi təyin olundu - RƏSMİ

17:37 12.02.2025

Polşada ən çox bu ölkələrin vətəndaşları cinayət törədib: Gürcüstan, Ukrayna, Belarus

17:32 12.02.2025

"Azərbaycan bizim ölkəyə Afrika bazarlarının qapısı kimi baxa bilər"

17:23 12.02.2025

“Yapı Kredi Bank” Azərbaycanda müştərilərin ən çox şikayət etdiyi bank oldu - SİYAHI

17:21 12.02.2025

Somali Prezidenti: Azərbaycan bizim ölkəyə Afrikanın bazarlarına qapı kimi baxa bilər