SOCAR Ukraynada tələbələr üçün Heydər Əliyev adına təqaüd proqramı həyata keçirir

İQTİSADİYYAT
18:00 30.01.2014
1690
SOCAR-ın Ukraynadakı nümayəndəliyi bu ölkənin ali məktəblərində təhsil alan tələbələr üçün Heydər Əliyev adına təqaüd proqramının təqdimatını keçirib.
AZXEBER.COM-un şirkətə istinadən verdiyi xəbərə görə, Taras Şevçenko adına Kiyev Milli Universiteti Beynəlxalq Münasibətlər İnstitutunun tələbələri Famil Qasımov, Elvira Xanayeva və Darya Kirilko təqaüd proqramının ilk qalibləri olublar. Onlar təhsildə qazandıqları uğurlara və ictimai həyatda fəallıqlarına görə bu mükafata layiq görülüblər.
ARDNŞ-nin Ukraynadakı nümayəndəliyi tərəfindən təsis edilən Heydər Əliyev adına təqaüd gənclərin özünüdərk qabiliyyətinin və cəmiyyətdə mövqeyinin formalaşdırılması, intellektual potensialı ilə Ukraynanın gələcək inkişafına xidmət edəcək istedadlı gənclərin maddi cəhətdən dəstəklənməsi məqsədini daşıyır.

OXŞAR XƏBƏRLƏR